Uruqvay yığmasının baş məşqçisi Marselo Byelsa 2026-cı il dünya çempionatından sonra milli komandadan ayrılacağını təsdiqləyib.
Futbolinfo.az xəbər verir ki, argentinalı çalışdırıcı Uruqvay Futbol Assosiasiyası ilə müqaviləsini yeniləməyəcəyini açıqlayıb:
“İşimiz dünya çempionatından sonra başa çatacaq. İstənilən peşəkar üçün belə bir turnirdə iştirak etmək əsl möcüzədir. Bunu yaşamaq imkanı verdiyi üçün Uruqvaya minnətdaram”.
Uruqvay millisi İspaniya, Səudiyyə Ərəbistanı və Kabo-Verde yığmaları ilə birlikdə H qrupunda mübarizə aparacaq. 11 iyun-19 iyul tarixlərini əhatə edəcək mundial ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək.






