Futbol üzrə Azərbaycan 2-ci Liqasında 2025/26 mövsümünün mükafatlandırma mərasimi keçiriləcək.
Futbolinfo.az xəbər verir ki, 24 may tarixində Binə qəsəbə stadionunda, saat 16:30-da başlayacaq mərasimdə 2-ci Liqada qızıl, gümüş və bürünc mükafatçılar təltif olunacaq, qalibə kubok təqdim ediləcək.
Həmçinin mövsümün bombardirinə mükafat veriləcək.






