“Mançester Yunayted” baş məşqçi məsələsi ilə bağlı qərar verib.
Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Maykl Karrik növbəti mövsüm üçün komandanın baş məşqçisi təyin edilib.
44 yaşlı mütəxəssis komandanı yeni mövsümə hazırlayacaq və onun müqaviləsi 2028-ci il iyunun 30-na qədər olacaq.
Karrik yanvar ayında Ruben Amorimin istefasından sonra “Mançester Yunayted”də müvəqqəti baş məşqçi təyin edilmişdi.






