Qana Futbol Federasiyası milli komandanın yeni baş məşqçisinin adını açıqlayıb. Komandanı Karlos Keyruş çalışdıracaq.
Futbolinfo.az xəbər verir ki, müqavilənin detalları açıqlanmır. 73 yaşlı portuqaliyalı mütəxəssis Qana millisini DÇ-2026-ya hazırlayacaq.
Vaxtilə “Mançester Yunayted”də Aleks Ferqyussonun köməkçisi olan Keyruş “Real”ı, Cənubi Afrika, İran, Portuqaliya, Misir, Xorvatiya, Qətər və Oman millilərini çalışdırıb. Təcrübəli mütəxəssis Cənubi Afrika (2002), Portuqaliya (2010) və İran (2014, 2018) milliləri ilə dünya çempionatlarında iştirak edib.
Xatırladaq ki, bu yay keçiriləcək dünya çempionatında Qana millisi Panama, İngiltərə və Xorvatiya ilə eyni qrupda mübarizə aparacaq.





