2026-cı il UEFA Superkuboku uğrunda oyunda Fransanın PSJ və İngiltərənin “Aston Villa” klubları qarşılaşacaq. Oyun avqustun 12-də Avstriyanın Zalsburq şəhərində yerləşən “Red Bull Arena”da keçiriləcək.
PSJ Superkuboka Çempionlar Liqasının qalibi kimi vəsiqə qazanıb. Paris təmsilçisi finalda “Arsenal”ı məğlub edib. Əsas vaxtı 1:1 hesabı ilə başa çatan görüşdə PSJ penaltilər seriyasında 4:3 hesabı ilə üstün olub. “Aston Villa” isə Avropa Liqasının finalında Almaniyanın “Frayburq” klubunu 3:0 hesabı ilə məğlub edərək turnirin qalibi adını qazanıb.
Beləliklə, UEFA Superkuboku uğrunda mübarizədə Çempionlar Liqasının və Avropa Liqasının qalibləri qarşılaşacaq.






