UEFA Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, bu gün 1/4 final mərhələsinin iki cavab görüşü keçirilib.

“Atletiko” öz meydanında “Barselona”nı sınağa çəkib. Madrid təmsilçisi səfərdəki ilk matçda 2:0 hesabı ilə qalib gəlmişdi. Cavab görüşü “Barselona”nın xeyrinə bitsə də, yekunda “Atletiko” mərhələ adlayan tərəf olub.

“Liverpul” isə PSJ ilə qarşılaşıb. Parisdəki ilk oyunda Fransa təmsilçisi 2:0 hesablı qələbə qazanmışdı. PSJ cavab görüşündə də oxşar hesabla qalib gələrək yarımfinala çıxıb.

UEFA Çempionlar Liqası
1/4 final, cavab oyunları

14 aprel

Atletiko (İspaniya) – Barselona (İspaniya) 1:2
Qollar: A.Lukman, 31 – L.Yamal, 4. F.Torres, 24.
İlk oyun – 2:0

Liverpul (İngiltərə) – PSJ (Fransa) 0:2
Qollar: U.Dembele, 72; 90+1.
İlk oyun – 0:2

Shares: