“Sabah”ın müdafiəçisi Stiv Solvetin futbolinfo.az saytına müsahibəsi
– Misli Premyer Liqasının 27-ci turunda “Zirə” ilə heç-heçə (2:2) etdiniz. Bu nəticəni özünüz üçün məyusedici hesab edirsiniz?
– Yaxşı təşkilatlanmış komandaya qarşı oynadıq. Qalib gəlmək istəsək də, oyun heç-heçə ilə başa çatdı. Amma bu futboldur, işləməyə davam etməliyik.
– Sizcə, bu oyunda bəxt sizin tərəfinizdə olmadı?
– Ümumilikdə, düşünürəm ki, qol vurmaq üçün şanslarımız oldu. Bəlkə bir az effektivlik çatmadı, amma oyundan götürəcəyimiz müsbət məqamlar da var.
– Qalib gəlsəydiniz, çempionluğa daha da yaxınlaşacaqdınız. Üç xalı qazana bilmədiyiniz üçün məyussunuz?
– Biz hər oyuna qələbə üçün çıxırıq. Buna görə qalib gəlməyəndə müəyyən məyusluq olur. Amma buna çox fokuslanmayacağıq – artıq növbəti oyunu düşünürük.
– Sizin oyundan əvvəl “Qarabağ” “Şamaxı” ilə oyunda xal itirdi. Sizcə, yaxşı fürsəti qaçırdınız?
– Biz diqqətimizi ancaq özümüzə və işimizə yönəldirik.
– Qarşıda “Qarabağ”a qarşı vacib oyun var. Qalib gəlsəniz, demək olar ki, çempion olacaqsınız. Bu sizi daha çox motivasiya edəcək?
– Hər oyun vacibdir. Qələbəyə görə üç xal verilir – nə az, nə də çox.
– Ümumiyyətlə, həm çempionatda, həm də kubokda “Qarabağ”la oyunlar sizin üçün həlledici görünürmü?
– Kubokda vəziyyət bir qədər fərqli olacaq. Yarımfinalın cavab oyununda onlarla yenidən qarşılaşacağıq və bu dəfə mütləq qalib olmalıyıq. Bu, həlledici oyun olacaq.
ABBAS






