“Qəbələ” futbolçusu Prins Ovusu ilə müqavilənin müddətini uzadıb. Tərəflar arasında 2028-ci ilin iyununa qədər anlaşma imzalanıb.

20 yaşlı vinger “Qəbələ”nin heyətində keçirdiyi 29 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə verib.

Qananın Nayan Akademiyasından transfer olunan futbolçu ötən mövsüm “Qəbələ”nin U-19 komandasında çıxış edib.

Shares: