Almaniya kubokunun yarımfinal mərhələsinə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, sonuncu yarımfinal görüşündə “Ştutqart” “Frayburq”la qarşılaşıb.
Əlavə vaxta gedən oyundan qalib ayrılan “Ştutqart” sonuncu finalçı olub.
Daha öncə “Bayern” “Bayer” üzərində inamlı qələbə ilə finala yüksəlmişdi.
Beləliklə, final görüşü mayın 23-də “Bayern”lə “Ştutqart” arasında keçiriləcək.
Almaniya kuboku
Yarımfinal
23 aprel
Ştutqart – Frayburq 2:1
Qollar: Undav, 70. T.Tomas, 119 – Eggeştayn, 28.






