İngiltərə kubokunun növbəti finalçısı müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, bu gün evdə “Lids”i 1 qolla məğlub edən “Çelsi” finala vəsiqə qazanıb.

Matçın yeganə qolunu 23-cü dəqiqədə Enzo Fernandes vurub. Beləliklə, həlledici matçda “Mançester Siti” və “Çelsi” komandaları üz-üzə gələcək.

Xatırladaq ki, turnirin həlledici qarşılaşması mayın 16-da “Uembli” stadionunda keçiriləcək.

Shares: