Bu gün Misli Premyer Liqasında 30-cu tura yekun vurulacaq.
Futbolinfo.az xəbər verir ki, son gündə bir oyun baş tutacaq.
“Karvan-Yevlax” doğma meydanda “Neftçi” ilə qarşılaşacaq. Oyunu Rauf Cabbarov idarə edəcək.
Daha öncə “Kəpəz” “Sumqayıt” (2:1), “Zirə” “Qəbələ”yə (1:0), “Qarabağ” “Turan Tovuz”a (2:1) qalib gəlib, “Araz-Naxçıvan” “İmişli”yə (0:1), “Şamaxı” “Sabah”a (0:3) uduzub.
Misli Premyer Liqası
30-cu tur
5 may
“Karvan-Yevlax” – “Neftçi”
Hakimlər: Rauf Cabbarov, Kamran Bayramov, Kərim Zeynalov, Ruslan Quliyev.
Yevlax şəhər stadionu, 16:00.





