Dani Alveş dinsiz və imansız həyatı həbsxana ilə müqayisə edib.
“Barselona”, “Yuventus” və Braziliya millisinin keçmiş müdafiəçisi “Metropolitano”da keçirilən tədbirdə xristianlar qarşısında çıxış edib. Madrid “Atletiko”sunun ev stadionunda keçirilən dini tədbirdə 35 mindən çox insan olub.
“Mən qırx il idi ki, zindanda idim. Amma həbsxanada Məsih məni azad etdi. Həyatınızda nələrdən keçdiyinizi, hansı həbsxanalarla üzləşdiyinizi bilmirəm, amma deməliyəm ki, bu gün Məsih həmin həbsxanaları məhv edəcək, o divarları yıxacaq və o zəncirləri qıracaq”, – deyə Alveş bildirib.
Xatırladaq ki, Alveş 2022-ci il dekabrın 31-də gecə klubunda bir qadına təcavüz etmək ittihamı ilə 14 aydan çox — 2023-cü ilin yanvarından 2024-cü ilin martına qədər — həbsdə olub. 2025-ci ilin mart ayında Kataloniya Ali Məhkəməsi kifayət qədər dəlil olmadığı üçün Daniyə bəraət verib və onun 4,5 illik həbs cəzasını ləğv edib.






