“Turan Tovuz” Misli Premyer Liqasının 30-cu turunda səfərdə “Qarabağ”a 1:2 hesabı ilə məğlub olub.

Futbolinfo.az xəbər verir ki, Qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Ümumilikdə ağır oyun oldu. “Qarabağ” matçın çox hissəsində təşəbbüsə yiyələnmişdi. İkinci hissənin əvvəlində buraxılan qol oyunumuza təsir etdi. Sonda cəhdlərimiz oldu ki, vəziyyəti düzəldək. Amma alınmadı.

– Denis Marandiçi ilyarımdır yoxdur. Onun sağlamlığı və aqibəti necə olacaq?
– Əməliyyatı yaxşı keçib. Növbəti mövsümə qayıdacağına ümid edirik.

– Çoxsaylı real qol epizodlarını qaçırmağınızın səbəbi nədir?
– Fikirləşirəm ki, həyəcanla bağlı idi. Şanslardan istifadə etsəydik, başqa cür olardı.

– İkinci yer uğrunda həlledici matç idi. Futbolçularda mübarizliyi, motivasiyanı hiss etdiz?
– Ona görə dedim ki, həyəcan var idi. Nəzəri baxımdan şansın olması, bir az həyəcana səbəb oldu. (Sportal)

Shares: