“Şamaxı”nın müdafəçisi David Santos mövsümü erkən başa vurub. Dünən Misli Premyer Liqasının 30-cu turu çərçivəsində “Sabah”la oyunda zədələnən braziliyalı daha meydana çıxa bilməyəcək.
Futbolinfo.az xəbər verir ki, 34-cü dəqiqəsində Alfons Msanqa ilə əvəzlənən təcrübəli oyunçunun diz bağları qırılıb. Həkimlərin yekun diaqnozundan sonra onun meydana qayıdacağı dəqiq tarix bəlli olacaq.
Santosun “Şamaxı” ilə müqavləsi yayda başa çatır. Amma onun anlaşmasında “+1” bəndi var. Yəni futbolçu istəsə, komandada qala bilər.






