Madriddə keçirilən “Masters” turnirinə yekun vurulub. Finalda Yannik Sinner çətinlik çəkmədən Aleksandr Zverevə qalib gəlib – 6:1, 6:2.

İtalyan tennisçi ardıcıl 5-ci “Masters” turnirində çempion olub. Sinner tennis tarixində rekordu yeniləməyi bacarıb.

Bundan başqa o, belə turnirlərdə qələbə seriyasını 28 oyuna çatdırıb.

Qeyd edək ki, hələlik rekord Novak Cokoviçə məxsusdur. Serb tennisçi “Masters” turnirlərində ardıcıl 31 qələbəyə malikdir. Rocer Federerdə isə bu göstərici 29-a bərabərdir. Artıq Romadakı turnirdə Sinner bu rekordu da yeniləyə bilər.

Shares: