Misli Premyer Liqasında çempionluğu təmin edən “Sabah” səfərdə məğlubiyyətsizlik seriyasını davam etdirib.
Futbolinfo.az saytının məlumatına görə, qəsəbə təmsilçisi 30-cu turda “Şamaxı” səfərindən də 3 xalla dönməyi bacarıb.
Valdas Dambrauskasın yetirmələri bununla cari mövsüm qonaq meydanında keçirdiyi 15-ci görüşdə də uduzmayıb. Komanda son 4 səfər oyununun hamısında qalib gəlib.
“Sabah” ümumilikdə 12 səfər matçından 3 xalla dönübsə, 3 dəfə rəqibləri ilə “sülh” bağlayıb. Komanda qonaq olduğu qarşılaşmaların 9-da 3 və daha çox qol vurub. Dambrauskasın kollektivi rəqiblərini 38 dəfə mərkəzə dəvət edibsə, özü 12 qola məyus olub.






