“Kəpəz” cari mövsüm ilk dəfə avtoqola üzülüb.
Futbolinfo.az saytının məlumatına görə, bu, Misli Premyer Liqasının 30-cu turuna təsadüf edib.
Turun açılış matçında “Sumqayıt”ı qəbul edən gəncəlilər 2:1 hesablı qələbə qazanıblar. “Kəpəz”in qapıçısı Yusif İmanov 64-cü dəqiqədə avtoqol müəllifi olsa da, komanda son dəqiqələrdə 2 dəfə fərqlənərək, meydanı qalib tərk etməyi bacarıb.
Bununla “Kəpəz” bu mövsüm avtoqolla yadda qalan 10-cu komanda olub. Buna qədər “Qəbələ”, “Şamaxı” və “Turan Tovuz”un futbolçuları 2, “Karvan-Yevlax”, “Zirə”, “Sumqayıt”, “İmişli”, “Araz-Naxçıvan” və “Neftçi”nin oyunçuları isə 1 dəfə topu öz qapılarından keçiriblər.
Buna qədər yalnız “Sabah” və “Qarabağ”ın heç bir futbolçusu avtoqol müəllifi olmayıb.






