Misli Premyer Liqasının cari mövsümündə 450-ci qol vurulub.
Futbolinfo.az saytının məlumatına görə, yubiley qolu 30-cu turun “Şamaxı” – “Sabah” (0:3) oyununa təsadüf edib.
Dünən baş tutan matçın 37-ci dəqiqəsində hesabı açan qonaqların fransalı müdafiəçisi Stiv Solvet mövsümdə 450-ci qolun müəllifi olub.
Bu mövsüm hələ ki, ümumilikdə 453 qol vurulub ki, bunun 106-sı yerli, 334-ü əcnəbi futbolçuların aktivinə yazılıb. 13 dəfə isə avtoqol qeydə alınıb. Hesablama zamanı 4-cü turun “İmişli” – “Sumqayıt” oyunundakı 0:3 hesablı texniki məğlubiyyət nəzərə alınmayıb.
Qeyd edək ki, cari mövsüm 400-cü qolu “Sabah”ın digər oyunçusu Coy-Lens Mikels vurub.






