“Napoli” daha bir Kvaratsxeliyanı dünya futboluna tanıtmaq istəyir. Vaxtilə Xviçanı qitə səhnəsinə çıxaran İtaliya klubu ind də onn qardaşına müştəri düşüb.

Futbolinfo.az xəbər verir ki, 16 yaşlı Tornike hələ özünü sübut etməyib. O, ilk dəfə ötən həftə Tiflis “Dinamo”sunun matç heyətinə daxil edilib. Lakin uşaq komandalarında balaca Kvaratsxeliyanı izləyən neapollular onun bacarığına inanır.

Bir müddət öncə futbolçuların atası, milli komandamızın sabiq hücumçusu Badri Kvaratsxeliya müsahibəsində Tornikenin Xvuçadan daha istedadlı olduğunu bildirmişdi.

25 yaşlı Xviça 2022-25-ci illərdə “Napoli”də oynayıb, çempion olub. İtalya klubu onu Batumi “Dinamo”sundan 13,3 milyon avroya alıb 80 milyona PSJ-yə satmışdı.

Shares: