WTA rəsmi saytında Madrid turnirindən sonra yenilənmiş reytinq cədvəlini dərc edib.
Əsas yerdəyişmələrdən biri 19 yaşlı rusiyalı tennisçi Mirra Andreyeva ilə bağlıdır. Madriddə keçirilən turnirin finalında ukraynalı Marta Kostyuka 3:6, 5:7 hesabı ilə məğlub olmasına baxmayaraq o, 7-ci yerə yüksəlib.
Bundan əlavə, polşalı tennisçi İqa Şvyontek də 1 pillə irəliləyib. Buna səbəb Koko Qaufun uğursuzluğudur. Ukraynalı Elina Svitolina isə üç pillə geriləyərək 10-cu yerə düşüb. Lider belaruslu Arina Sabalenkadır.
4 may tarixinə olan WTA reytinqi:
1 (1). Arina Sabalenka (Belarus) — 10.110.
2 (2). Yelena Rıbakina (Qazaxıstan) — 8.555.
3 (4). İqa Şvyontek (Polşa) — 6948.
4 (3). Koko Qauf (ABŞ) — 6749.
5 (5). Cessika Pequla (ABŞ) — 6136.
6 (6). Amanda Anisimova (ABŞ) — 5995.
7 (8). Mirra Andreyeva (Rusiya) — 4181.
8 (9). Jasmin Paolini (İtaliya) — 3722.
9 (10). Viktoriya Mboko (Kanada) — 3531.
10 (7). Elina Svitolina (Ukrayna) — 3530.






