Formula 1-in keçmiş pilotu Hermano da Silva Ramos Fransada vəfat edib. O bu vaxta qədər sağ qalan ən yaşlı pilot idi. Braziliyalı 100 yaşında vəfat edib. Mərhumun ölüm səbəbi açıqlanmayıb.

Da Silva Ramos 1955 və 1956-cı illərdə 7 Qran-Pridə iştirak edib. Onun ən yaxşı nəticəsi 1956-cı ildə Monako Qran-Prisində “Qordini” komandası ilə beşinci yer olub. Xatırladaq ki, həmin illərdə F1-də yalnız ilk beş pilot xal toplayıb.

Ramosun xatirəsinə hörmət əlaməti olaraq Kanadada keçiriləcək yarış 1 dəqiqəlik sükutla start verəcək.

Shares: