Fransanın “Mets” və Niderlandın “Fortuna Sittard” klubları arasında keçirilən yoldaşlıq görüşündə 26 yaşlı qadın baş hakim Matilda Demonse futbolçuların kütləvi davasını ayırmağa çalışarkən xəsarət alıb.

Qarşılaşmanın 39-cu dəqiqəsində yaşanan qarışıqlıq zamanı o, zərbə alaraq yıxılıb və bir neçə dəqiqə yerdə qalıb. Hakimə tibbi yardım göstərildikdən sonra o, qısa müddət yan xətt hakimi kimi fəaliyyətini davam etdirsə də, fasilədən sonra matçı davam etdirə bilməyib.

Oyundan sonra futbolçular Demonseyə yaxınlaşaraq ondan üzr istəyiblər. Müayinənin nəticəsində qadın hakimin yüngül beyin silkələnməsi keçirdiyi məlum olub.

Shares: