MBA təmsilçisi “Klivlend Kavalyers” uzun müddət “Real Madrid”də çıxış edən 31 yaşlı xorvatiyalı basketbolçu Mario Hezonya ilə 1 illik müqavilə imzalayıb.

Razılaşmanın dəyəri 2,8 milyon dollardır. Ohayo klubu Hezonya uğrunda mübarizədə “Qolden Steyt Uorriors”u qabaqlayıb. Mario Amerikaya qayıtmaq üçün “Real Madrid”lə müqaviləsində yer alan 850 min dollarlıq çıxış bəndindən istifadə edib. 2015-ci il MBA Draftında “Orlando Mecik” tərəfindən 5-ci sıradan seçilən Hezonya indiyədək okeanın o tayında “Orlando”, “Nyu-York Niks” və “Portlend Treyl Bleyzers”in heyətində ümumilikdə 335 oyuna çıxıb, ötən mövsüm isə İspaniya ACB Liqasının müntəzəm çempionatının ən dəyərli oyunçusu (MVP) seçilib.

Shares: