Kristiano Ronaldo Britaniya futbolundan bəhs edən yeni serialın ərsəyə gəlməsində əməyi olacaq.

41 yaşlı futbolçu uydurma futbol agenti haqqında çəkiləcək ekran işində icraçı prodüser kimi fəaliyyət göstərəcək.

Baş rolu isə britaniyalı aktyor Demien Lyuis canlandıracaq. Serialın çəkilişlərinə artıq start verilib və Lyuis Londonun şimal-qərbində yerləşən “Barnet” klubunun ev stadionunda görüntülənib. Ronaldo özü də çəkilişlərdə iştirak edəcək, layihədə həmçinin “Arsenal”ın və Fransa millisinin sabiq hücumçusu Tyerri Anri də rol alacaq.

Dram janrında komediya elementləri ilə hazırlanacaq serial Ronaldonun prodüser Metyu Von ilə birlikdə rəhbərlik etdiyi “UR*Marv Studios” tərəfindən ərsəyə gətiriləcək.

Shares: