“Qarabağ”ın Avropa Liqasındakı rəqibi ÇSKA bu gün Bolqarıstan çempionatında növbəti oyuna çıxacaq. İlk turu heç-heçə ilə başa vuran Xristo Yanevin rəhbərlik etdiyi kollektiv “Botev”lə qarşılaşacaq.
Matça saat 22:15-də start veriləcək.
“Qarabağ” ilə ÇSKA arasında II təsnifat mərhələsinin cavab oyunu iyulun 30-da Bolqarıstanda baş tutacaq. İlk matçda qolsuz heç-heçə qeydə alınıb.
