“Karvan-Yevlax”dan ayrılan İbrahim Qədirzadənin yeni klubu müəyyənləşib. Yarımmüdafiəçi “Xankəndi”yə keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İbrahimlə müqavilə 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
27 yaşlı futbolçu karyerası ərzində “Neftçi” və “Qarabağ”ın U-19 komandasında, “Kəpəz”, “Zaqatala” klublarında, Gürcüstanda isə “Samtredia”da çıxış edib.
