Rusiyalı funksioner Kirsan İlyumjinovun adı əvvəllər rəhbərlik etdiyi Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti postuna namizədlərin yekun siyahısına daxil edilməyib. Bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

Prezident postuna Almaniyanı təmsil edən Vadim Rozenştayn və Yan-Henrik Byüttner, həmçinin Qazaxıstan nümayəndəsi Timur Turlov namizədliyini irəli sürüb. Seçkilər sentyabr ayında Səmərqənddə keçiriləcək.

Qeyd edək ki, daha əvvəl FİDE prezidenti Arkadi Dvorkoviç Avropa İttifaqının ona qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən vəzifə fəaliyyətini müvəqqəti dayandırmışdı. O, qarşıdakı seçkilərdə təşkilat rəhbəri postuna namizəd olmayacağını və İlyumjinovun namizədliyini dəstəkləməyəcəyini açıqlamışdı.

Shares: