Lebron Ceymsin “Filadelfiya Seventi Siksers”də ilk mövsümü Filadelfiya şəhərinə 250–430 milyon dollar arasında iqtisadi aktivlik gətirə bilər. Bu barədə “The Boyd Company” şirkətinin qiymətləndirməsinə istinadən məlumat yayılıb.
Amerikalı basketbolçunun Klivlend və Mayamidə iqtisadiyyata təsirini araşdıran tədqiqatçılar daha əvvəl müəyyən ediblər ki, basketbol arenasından bir mil (təxminən 1,6 km) radiusda restoran və barların sayı təxminən 13 faiz, bu sahədə çalışanların sayı isə 23,5 faiz artıb.
Filadelfiyada da buna bənzər effektin müşahidə olunacağı gözlənilir. İlk növbədə ictimai iaşə obyektlərinə müştəri axınının artacağı, yaxın aylarda isə həmin müəssisələrdə işçi sayının genişlənəcəyi proqnozlaşdırılır. Statistik məlumatlara əsasən, Lebronun çıxış etdiyi bütün şəhərlərdə onun gəlişindən sonra oxşar iqtisadi təsir qeydə alınıb.
Qeyd edək ki, Ceymsin “Seventi Siksers”ə keçidinin elan olunmasından sonra “Fanatics” platformasında 23 nömrəli formaların ilk partiyası iki saatdan da az müddətdə satılıb.
