“Milan” Rafael Leaonu satmağın əleyhinə deyil. İtaliya klubu bir müddət öncə toxunulmaz oyunçu kimi gördüyü portuqaliyalı ilə bağlı fikrini dəyişib.

Futbolinfo.az xəbər verir ki, yeni baş məşqçi Ruben Amorim həmyerlisinin çıxışından məmnun deyil. O, Leaonun əvəzinə sol cinaha başqa hücumçu gətirilməsini istəyir.

Klub rəhbərliyi ümidi doğrultmayan, dəyəri ildən-ilə aşağı düşən oyunçunu heyətdə saxlamağın yanlış olduğunu anlayıb. Bu səbəbdən onun üçün gələn təkliflərə diqqət yetiriləcək. Lakin “rossonyerlər” onu sonradan birdəfəlk transferi şərti ilə icarəyə götürülməsinin əleyhinədir. Leao gedəcəksə, birdəfəlik satılacaq.

İki il ərzində Rafaelin qiyməti yarıbayarı azalıb. “Milan” indi hücumçusu üçün 60 milyon avro təklif edən klubla razılığa gələcək.

Shares: