“Sabah” UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində sabah cavab oyununa çıxacaq.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan çempionu Bakıda 1:0 hesabı ilə məğlub etdiyi Finlandiya KuPS-unun qonağı olacaq.
Cavab matçı öncəsi komandaların şanslarını dəyərləndirən xarici mütəxəssislər Valdas Dambrauskasın yetirmələrini favorit qismində göstərib. İlk oyundakı mübarizə və komandaların son vaxtlardakı statistik göstəriciləri belə düşünməyə əsas verib.
Bildirilib ki, “Sabah”ın birinci qarşılaşmada sadəcə bəxti gətirməyib. Əks halda, KuPS böyük hesabla məğlub olmalı idi. Üstəlik, Azərbaycan çempionunun son 20 səfər qarşılaşmasında uduzmadığı da vurğulanıb.
Bu səbəbdən ekspertlər “Sabah”ın səfər görüşündə də məğlub olmayacağını düşünürlər. KuPS-un ən yaxşı halda heç-heçəyə ümid edəcəyi proqnozlaşdırılıb.
