ATP dünya reytinqinin yeni versiyasını açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, iyulun 27-nə olan sıralamanın ilk “10-luq”da bir neçə dəyişiklik baş verib.
Rusiya tennisçisi Daniil Medvedev 50 xal itirməsinə baxmayaraq, bir pillə irəliləyərək 7-ci sıraya yüksəlib və amerikalı Ben Şeltonu geridə qoyub. Serbiyalı Novak Cokoviç isə iki pillə qalxaraq 5-ci yerə çıxıb. O, avstraliyalı Aleks de Minoru qabaqlayıb.
İyulun 27-nə olan ATP reytinqinin ilk “10-luğ”u:
- (1) Yannik Sinner (İtaliya) – 13 450 xal
- (2) Aleksandr Zverev (Almaniya) – 8480
- (3) Karlos Alkaras (İspaniya) – 8160
- (4) Feliks Oje-Alyassim (Kanada) – 4740
- (7) Novak Cokoviç (Serbiya) – 3760
- (5) Aleks de Minor (Avstraliya) – 3660
- (8) Daniil Medvedev (Rusiya) – 3620
- (6) Ben Şelton (ABŞ) – 3580
- (9) Flavio Kobolli (İtaliya) – 3420
- (10) Teylor Fritz (ABŞ) – 3300.
