“Real” ciddi itki ilə üzləşib.

Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi Tyaqo Pitarç zədələnib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Pitarç məşqdə xəsarət alıb. Futbolçunun sentyabra qədər yaşıl meydanlardan uzaq qalacağı ilə bağlı məlumatlar yayılıb.

18 yaşlı futbolçu ötən mövsüm əsas komandaya cəlb olunub. Pitarç La Liqada 10 oyunda 2 məhsuldar ötürmə edib.

Shares: