UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, “Bayern” öz meydanında PSJ-ni qəbul edib.
Parisdə keçirilən ilk qarşılaşma Fransa təmsilçisinin 5:4 hesablı qələbəsi bitmişdi.
Cavab görüşündə heç-heçə qeydə alınıb. İki oyunun nəticəsinə əsasən, PSJ finala vəsiqə qazanıb.
Beləliklə, finalda “Arsenal” (İngiltərə) PSJ ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
Yarımfinalın cavab oyunu
6 may
Bayern (Almaniya) – PSJ (Fransa) 1:1
Qollar: Harri Keyn, 90+4 – Usman Dembele, 3.
İlk oyun – 4:5.






