Rusiya mətbuatı Avropada mövsümü vaxtından əvvəl çempion kimi başa vuran komandalar və çempionatlar haqda yazıb və “Sabah”ı da unutmayıb.

Futbolinfo.az xəbər verir ki, “Sport Ekpress” nəşri Azərbaycanın yeni çempionu olan “Sabah” barədə bunları yazıb:

“Ötən mövsüm Vasili Berezutski “Sabah”a tarixdə ilk uğurunu – Azərbaycan kubokunu qazandırmışdı. Rusiyalı məşqçi yayda baş məşqçi postundan istefa vermişdi. Bu dəfə isə “Sabah” tarixində ilk dəfə ölkə çempionu oldu. Bunu mövsümün sonuna dörd tur qalmış reallaşdırdılar. Çempionlar Liqasının pley-off mərhələsinin iştirakçısı olmuş “Qarabağ” isə yalnız ikinci yerdədir”.

“Sabah” tarixində ilk dəfə Azərbaycan çempionluğu yaşayıb.

Shares: