“Sabah” futbolçusu Cesse Sekidika ilə yollarını ayırıb. Nigeriyalı hücumçunun mövsümün sonunda başa çatan müqaviləsinin müddəti yenilənməyib.

Sekidika “Sabah”ın tarixində mühüm rol oynamış futbolçulardandır. O, “bayquşlar”ın heyətində bir dəfə Azərbaycan çempionu, iki dəfə isə ölkə kubokunun qalibi olub.

Sekidika “Sabah”da ümumilikdə 107 oyun keçirib. O, bu matçlarda 21 qol və 18 məhsuldar ötürmə ilə fərqlənib.

Nigeriyalının komandadan ayrılacağı öncədən bəlli idi. O, artıq özünə yeni iş yeri tapıb. Tezliklə müqavilə bağlanacağı gözlənilir.

Shares: