“Atletik” cari mövsümdə keçirdiyi 35 oyunun artıq 17-də məğlub olub. Bu isə onu göstərir ki, komanda demək olar hər iki matçdan birində xal itirir.

Futbolinfo.az xəbər verir ki, Bilbao təmsilçisi sonuncu dəfə belə zəif nəticəni düz 20 il əvvəl – 2005/06 mövsümündə yaşayıb.

Həmin vaxt da basklar 35 oyunda 17 məğlubiyyət alıblar.

Bundan əlavə, “Atletik” mövsüm ərzində ən çox məğlubiyyət antirekordunu da yeniləyə bilər. Klubun tarixində bir mövsümdə ən çox (18) məğlubiyyət acısı üç dəfə yaşanıb: əvvəlcə 1991/92, daha sonra isə 2006/07 və 2008/09 mövsümlərində.

Shares: