Almaniya 2-ci Bundesliqa təmsilçisi “Holştayn Kil” Timoteuş Puxaçın transferi üçün “Sabah”dan 1 milyon avro istəyəcək.
Bu barədə Futbolinfo.az-a açıqlamasında klubun idman direktoru Olaf Rebbe məlumat verib.
O, bu gün Almaniya mətbuatında bu barədə yazılan xəbəri doğrulayıb. Rebbe bildirib ki, polşalı müdafiəçinin satışı üçün istənilən klub müraciət etsə, 1 milyon avro ödəməlidir:
“Bizim onunla bağlı planımız bəllidir. Gələcəkdə satışı üçün 1 milyon avro nəzərdə tutmuşduq”.
Qeyd edək ki, T.Puxaç 2025-ci ilin yayından “Sabah”da çıxış edir. Polşalı futbolçu Azərbaycan təmsilçisində icarə əsasında oynayır. O, Masazır klubunun heyətində 23 oyun keçirib.






