“Zirə”nin kuboku qazanmağa daha çox motivasiyası var. “Sabah” artıq çempionluğu rəsmiləşdirib. Bəlkə o dərəcədə kuboku qazanmaq istəməzlər. İstək olsa da, “qartallar”da daha çoxdur”. Bunu futbolinfo.az saytına açıqlamasında “Qarabağ-2”nin baş məşqçisi Maksim Medvedev deyib.

Sabiq müdafiəçi Azərbaycan Kubokunun finalında bu gün baş tutacaq görüşlə bağlı gözləntilərini bölüşüb. Medvedevin sözlərinə görə, azarkeşləri dinamik və maraqlı matç gözləyir: “Fikrimcə, bizi maraqlı oyun gözləyir. Ən önəmlisi komandaların bu oyuna necə hazırlaşmasıdır. Motivasiya önəmlidir. Hansı komanda oyunda daha soyuqqanlı olsa, o da qalib gələcək. Komanda oyunu kimdə alınsa, həmin komandaya oynamaq daha rahat olacaq. Çünki fərdi baxsaq, həm “Sabah”da, həm də “Zirə”də keyfiyyətli və nəticə verən futbolçular var. Gözləyirik ki, açıq futbol olacaq. Qollar görmək istəyərdik. İstər-istəməz finaldır, nə qədər gözəl oyun olsa, azarkeşlər də bir o qədər zövq alacaq”.

Qeyd edək ki, qarşılaşma bu gün saat 20:00-da “Palms Sport Arena”da baş tutacaq.

Shares: