“Çətin oyun oldu, çünki çox erkən qol buraxdıq. Amma sakit qaldıq, çox yaxşı oyun göstərdik və düşünürəm ki, qələbəyə layiq idik”. Bunu futbolinfo.az-a açıqlamasında “Sabah”ın futbolçusu Velko Simiç deyib.

O, Azərbaycan Kubokunun finalında “Zirə” üzərində 2:1 hesablı qələbədən danışıb. Simiç komandası ilə həm ölkə çempionu olmasının, həm kubok qazanmasının karyerasında ilk dəfə olduğunu deyib: “Əvvəllər liqanı bir neçə dəfə qazanmışam, amma düşünürəm ki, bu, karyeramda ilk dublumdur”.

Serb yarımmüdafiəçi “Sabah”da qalmaq istədiyini də deyib: “Mövsümü bitirək, sonra bu barədə danışarıq. Amma deyə bilərəm ki, burada olmaqdan zövq alıram, həqiqətən çox xoşbəxtəm və qalmaq istərdim”.

Futbolçu “Sivasspor”un “Simiçlə müqaviləni ləğv etdik” açıqlaması ilə bağlı suala cavab vermək istəməyib: “Dediyim kimi, mövsümü bitirək, sonra bu məsələlər barədə danışarıq”.

Shares: