“Qarabağ”ın transfer hədəfində olan daha bir futbolçunun adına aydınlıq gəlib.

Futbolinfo.az “balla.com.cy” saytına istinadən xəbər verir ki, Azərbaycan klubu Kiprdən növbəti oyunçunu gətirməyə hazırlaşır.

Belə ki, Limassol AEL-inin hücumçusu Zakariya Savo karyerasını ölkəmizdə davam etdirə bilər. Müqavilə ilə İsveç klubu “Yurqorden”ə məxsus olan 26 yaşlı forvard bu ayın sonunda icarə əsasında oynadığı AEL-dən ayrılacaq.

Savo çox güman ki, “Yurqorden”ə də qayıtmayacaq. Çünki hazırda “Qarabağ”ın bu transferə yaxın olduğu yazılıb.

Qeyd edək ki, Qambiya əsilli isveçli futbolçunun “Yurqorden”lə müqavilə müddəti 2028-ci ilin sonuna qədərdir.

Shares: