“Neftçi” səfərdəki məğlubiyyətsiz oyunlar seriyasını davam etdirib.
Futbolinfo.az saytının məlumatına görə, “ağ-qaralar” Misli Premyer Liqasının 32-ci turunda “Sabah”a 2:1 hesabı ilə qalib gəlib.
Paytaxt derbisində aktivinə 3 xal yazdıran “Neftçi” ardıcıl məğlubiyyətsiz səfər matçlarının sayını 9-a çatdırıb. Komanda axırıncı dəfə 14-cü turda məhz dünənki rəqib olan “Sabah”a qonaq meydanında uduzmuşdu. Bu da 2025-ci il dekabrın 8-nə təsadüf edib. 2026-cı ildə səfərdə uduzmayan “Neftçi” bu müddətdə 7 dəfə qələbə qazanıb, 2 dəfə bərabərə qalıb.
32-ci tur həm də “Araz-Naxçıvan” üçün uğursuz, “İmişli” üçün isə uğurlu seriyanın başa çatması ilə yadda qalıb. “Kəpəz”i öz meydanında 2:0 hesabı ilə üstələyən naxçıvanlılar evdə ardıcıl 3 məğlubiyyətdən sonra xal qazanmağı bacarıb. “İmişli” isə səfərdə ardıcıl 3 qalibiyyətin ardından bu dəfə “Qarabağ”la matçda 3 cavabsız top buraxıb – 0:3.






