“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi MLS-in müntəzəm mövsümünün “Portlend”ə qarşı ev matçında rəqibin qapısına yol taparaq turnirdəki qol seriyasını dörd oyuna çatdırıb.

Futbolinfo.az xəbər verir ki, matç 2:0 hesabı ilə Mayami təmsilçisinin xeyrinə başa çatıb.

Qolları Messi (31-ci dəqiqə) və German Berterame (42-ci dəqiqə) vurublar. Səkkizqat “Qızıl top” mükafatçısı olan futbolçu həmçinin bir məhsuldar ötürmə edib.

Messi yarışın bombardirləri siyahısında 12 qolla ikinci yerdədir. O, həmçinin 13 matçda 5 məhsuldar ötürmə edib.

“İnter Mayami” MLS Şərq Konfransının turnir cədvəlində 14 oyundan sonra 28 xalla 2-ci yerdədir.

Shares: