Milli Basketbol Assosasiyasında son yarımfinalçı da müəyyənləşib. Şərq konfransında Detroytda keçirilə 7-ci oyunda “Klivlend Kavalers” qələbə qazanıb – 125:94. Bununla da onlar “Nyu-York Niks”ə rəqib olublar.
Görüşdə ən çox xalı qonaq komandanın ulduzu Donovan Mitçel toplayıb. Onun aktivində 26 xal var. Evan Mobli isə dabl-dabl edib. Meydan sahiblərində Denis Cekins 17 xalla diqqət çəkib.
Əlavə edək ki, Qərb konfransının finalında “Oklahoma Siti Tanders” ilə “San Antonio Spörs” qarşılaşacaq.






