“Ayntraxt”Albert Riera ilə yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, Frankfurt təmsilçisi ispaniyalı mütəxəssisin baş məşqçi postundan göndərildiyini rəsmən açıqlayıb. Bu haqda klub məlumat yayıb.
Onunla birlikdə məşqçilər korpusunda yer alan köməkçilər də komandadan ayrılıb.
Qeyd edək ki, Albert Riera 2026-cı ilin yanvarında “Ayntraxt”ın baş məşqçisi təyin olunmuşdu.
Frankfurt klubu Almaniya Bundesliqasında mövsümü 44 xalla 8-ci yerdə başa vurub və avrokuboklardan kənarda qalıb.






