Formula 1 Amerikanın dünyaca məşhur oyuncaq və stolüstü oyun brendi “Hasbro” ilə əməkdaşlığa başladığını elan edib.

Bundan sonra çempionat  əfsanəvi stolüstü oyun “Monopoliya”nin xüsusi buraxılışını təqdim etmək üçün “Hasbro” ilə əməkdaşlıq edəcək. Standart qaydalar əvəzinə, oyunçular sevimli F1 komandalarını seçəcək və dəbilqə formalı parçaları hərəkət etdirərək Qran-Pridə qələbə uğrunda yarışacaqlar.

İlkin sifarişlər 20 may tarixindən etibarən mümkündür, ilk partiyanın buraxılışı isə iyulun 15-nə planlaşdırılır.

“Monopoliya dünyanın ən tanınmış və sevimli stolüstü oyunlarından biridir və biz bu klassikaya Formula 1 elementlərini gətirməkdən məmnunuq”, – deyə F1-in kommersiya direktoru Emili Prater bildirib.

Shares: