Ölkə futbolu

Azər Bağırov “Şamaxı”da işə başladı?

edccd6dd 4de6 46b1 8f5b 6883d32c3c30 - Futbolinfo.az
Səs süni intellektlə yaradılıb.

Misli Premyer Liqasının 33-cü turunun “Qəbələ” – “Şamaxı” oyununu izləyənlər arasında hazırda “Kəpəz”i çalışdıran Azər Bağırov da var.

Futbolinfo.az xəbər verir ki, onun növbəti mövsümdən “Şamaxı”nı çalışdırması gözlənilir.

Böyük ehtimalla o, yeni komandasını iş başında görmək üçün bu matçı tribunadan izləməyə qərar verib.

Xatırladaq ki, Ayxan Abbasov cari mövsümün bitməsi ilə “Şamaxı”dan ayrılacaq. Onu bu postda məhz Azər Bağırov əvəz edəcək. Tərəflərin artıq bununla bağlı bütün məsələlərdə razılığa gəldiyi bildirilir.

Shares: