21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası mayın 28-dən 30-dək Bakıda, mayın 31-dən iyunun 10-dək isə Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olacaq.

Futbolinfo.az xəbər verir ki, U-21 Türkiyədəki hazırlıq çərçivəsində iyunun 6-da Bəhreyn, 9-da isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı 2 yoldaşlıq oyunu keçirəcək.

“Sav” stadionunda baş tutacaq hər iki matçın Bakı vaxtı ilə saat 18:00-da başlanması nəzərdə tutulur.

U-21-ə dəvət edilən futbolçuların adlarını nəzərinizə çatdırırıq:

Nr. Ad / SoyadKlub
1Sadiq MəmmədzadəDifai
2Səlim HəşimovŞamaxı
3Rəvan MirzəmmədovSabah
4Emin RüstəmovKarvan-Yevlax
5Elgün DünyamaliyevCəbrayıl
6Raul MəmmədovSəbail
7Ceyhun BağırzadəQəbələ
8Əkbər EyubovMingəçevir
9Ayxan SüleymanlıSumqayıt
10Eşqin ƏhmədovQəbələ
11Qurban SəfərovSəbail
12Tuncay Yusifliİmişli
13Bilal İsmayılovŞamaxı
14Nuğay RəşidovQəbələ
15Emil SüleymanovŞamaxı
16Qədir RamazanovQəbələ
17Şahin ŞahniyarovQəbələ
18Edqar ƏdilxanovŞamaxı
19Elyas BağciHertha (Berlin, Almaniya)
20Yusif MehtiyevMeşaxte (Gürcüstan)
21Nahid ƏliyevŞəfa
22Lorenzo MezzoteroSampdoriya (İtaliya)
23Raul SüleymanovHertha (Berlin, Almaniya)
24Murad MəmmədovNeftçi
25Nihad ƏhmədzadəSumqayıt
Shares: