“Mersedes” komandasının pilotu Andrea Kimi Antonelli 33-cü Trofeo Bandini mükafatını qazanıb. Nüfuzlu mükafatlandırma mərasimi Brisihellada baş tutub.

Trofeo Bandini mükafatı hər il avtoidman sahəsindəki ən parlaq istedadlara və yarış dünyasının inkişafına əhəmiyyətli təsir göstərən şəxslərə təqdim olunur. İllər ərzində mükafatçılar arasında Luis Həmilton, Valtteri Bottas və Antonellinin komanda yoldaşı Corc Rassel də olub.

“Bu tədbirin bir hissəsi olmaq və belə bir xüsusi mükafatı almaq böyük şərəfdir. Bu gün burada olmaq, belə bir dəstəyi və müsbət atmosferi hiss etmək… Bütün bunlar bu anı daha da xüsusi edir. Bu gün yaddaşımda əbədi qalacaq və bunu hamınızla bölüşmək fürsətinə görə son dərəcə minnətdaram. Bu kuboku ailəmə, gözəl komandama və məni dəstəkləyən hər kəsə həsr etmək istərdim”, – deyə gənc sürücü qeyd edib.

Bandini Kuboku 1992-ci ildə 1967-ci il Monako Qran-Prisində baş vermiş qəza nəticəsində həlak olan italyan sürücü Lorenzo Bandininin xatirəsinə təsis edilib.

a03e9ecf 6c46 46a4 9f8e dadcd5630c55 - Futbolinfo.az
Shares: