“Gəncə” klubu ukraynalı voleybolçu Olena Napalkova ilə müqavilə imzalayıb.
Bu barədə Futbolinfo.az-a bölgə təmsilçisindən bildirilib.
Ukrayna millisinin də üzvü olan oyunçu növbəti mövsümdə komandanın formasını geyinəcək.
2024/2025 mövsümündə də “Gəncə”nin formasını geyinmiş Olena Napalkova bu komandanın heyətində Azərbaycan kubokunun gümüş medalını qazanıb.






