Mövsüm başa çatan kimi “Neftçi”nin yollarını ayırdığı Kristian Kostin özünə yeni komanda axtarır.

Futbolinfo.az Rumıniya mətbuatına istinadən xəbər verir ki, sağ cinah müdafiəçisi legioner həyatını davam etdirmək əzmindədir.

27 yaşlı oyunçu bu üzdən Rumıniyaya dönməyi son variant kimi nəzərində saxlayıb. Kostin “Neftçi”də cəmi bir mövsüm çıxış etməsinə baxmayaraq, Bakıdakı şəraitdən məmnun qalıb. Bu üzdən meneceri onu Misli Premyer Liqasındakı klublara da təklif edib. Hazırda azad agent statusu daşıyan Kostinlə bağlı yeganə problem yüksək ödəniş tələb etməsidir.

Qeyd edək ki, Kristian Kostin 2025-26 mövsümündə Azərbaycan çempionatında cəmi 5 oyuna çıxıb.

Shares: